Əkrəm İmamoğluna 1 il 8 ay həbs cəzası verilib

Türkiyənin İstanbul Böyükşəhər Bələdiyyəsinin vəzifədən uzaqlaşdırılmış sədri Əkrəm İmamoğlu barəsində bir il səkkiz ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
1news.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Məhkəmənin qərarına əsasən, Ə.İmamoğlu bu ilin yanvarında İstanbul Respublika Baş Prokuroru Akın Gürlək və onun ailəsi haqqında işlətdiyi ifadələrə görə “dövlət məmuruna qarşı vəzifəsindən dolayı açıq şəkildə təhqir”, “təhdid” və “terrorla mübarizədə vəzifə almış şəxsləri hədəf göstərmək” ittihamları üzrə mühakimə olunub.
Qeyd edilib ki, qərarda onun barəsində siyasi qadağa tətbiq edilməsə də, bir il səkkiz ay azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
94