Yanğından mühafizə komandaların təlim-metodiki toplanışı keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Yanğından mühafizə komandaların təlim-metodiki toplanışı keçirilib

Qafar Ağayev17:24 - Bu gün
Yanğından mühafizə komandaların təlim-metodiki toplanışı keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi illik fəaliyyətlər planına əsasən, Azərbaycan Ordusunun qoşun növü, birlik, birləşmə və hərbi hissələrin yanğından mühafizə xidmətlərinin və ştatlı yanğından mühafizə komandalarının rəisləri, həmçinin yanğından mühafizə üzrə müfəttişləri ilə təlim-metodiki toplanış keçirilib.

1news.az xəbər verir ki, Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin tabeliyində olan hərbi hissələrdən birində keçirilən toplanışda yanğın profilaktika işinin təşkili, binaların çardaq və zirzəmilərində nəzəri, avtomobil parkında isə yanğının söndürülməsi üzrə praktiki çalışmalar yerinə yetirilib.

Həmçinin hərbi hissənin yanğından mühafizə komandasının vəzifə borcları və hüquqları, yanğından mühafizə komandasının xidməti sənədlərinin təkmilləşdirməsi üzrə məşğələlər təşkil olunub.

Toplanışın keçirilməsinin əsas məqsədi yanğından mühafizə komandalarının bilik səviyyəsinin artırılması, hərbi obyeklərdə baş verə biləcək hər hansı yanğının söndürülməsi ilə bağlı praktiki vərdişlərin aşılanmasıdır.

Paylaş:
87

Son xəbərlər

Bütün xəbərlər