“Porsche Summer Festival” Bakıda möhtəşəm atmosferdə keçirildi - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Porsche Summer Festival” Bakıda möhtəşəm atmosferdə keçirildi - FOTO - VİDEO

12:00 - Bu gün
“Porsche Summer Festival” Bakıda möhtəşəm atmosferdə keçirildi - FOTO - VİDEO

12 iyul tarixində SeaBreeze ərazisində keçirilən Porsche Festivalı avtomobil həvəskarlarına unudulmaz bir gün yaşatdı.

Gün boyu davam edən tədbirdə qonaqlar həm sürət dünyasının əfsanəvi modellərini yaxından kəşf etdi, həm də əyləncə dolu anların dadını çıxardılar.

Festival ərazisində 911 GT3, 718 GT4 RS, Taycan Turbo GT və daha bir çox eksklüziv Porsche modelləri nümayiş etdirilərək ziyarətçilərə unikal təcrübə yaşadıldı. Avtomobil nümayişləri ilə yanaşı, ərazi boyunca fərqli əyləncələr təşkil olunmuşdu. Mini qolf, mini bilyard, balıq tutma oyunu, ZiqZaq oyunu daxil olmaqla səkkiz müxtəlif oyun sahəsi qurulmuşdu və xüsusilə uşaqlar üçün FaceArt rəssamları fəaliyyət göstərirdilər.

Oyunlarda iştirak edən və qalib gələn qonaqlar Porsche Bakı Mərkəzi tərəfindən təqdim olunan xüsusi hədiyyələr, həmçinin ərazidə yerləşdirilmiş mini-trucklardan ödənişsiz hot-dog, popkorn və kokteyllər qazanmaq imkanı əldə etdilər.

Gün boyu davam edən proqramda canlı DJ performansları, müxtəlif musiqi bandlarının çıxışları, rəqs şouları və daha bir çox sürpriz məqamlar festivalın ən yadda qalan anlarına çevrildi.

Böyük qonaq axını ilə keçən tədbir həm uşaqlara, həm böyüklərə unudulmaz təəssüratlar yaşatdı. Festival iştirakçıları Porsche-un dinamik dünyasına bir addım daha yaxınlaşaraq əyləncəni, musiqini və sürəti eyni anda hiss etdilər.

Reklam hüququnda

Paylaş:
90

Son xəbərlər

Bütün xəbərlər