Professor Telman Hacıyev vəfat edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Professor Telman Hacıyev vəfat edib

10:12 - Bu gün
Professor Telman Hacıyev vəfat edib

Professor, Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru Hacıyev Telman Muxtar oğlu vəfat edib.

1news.az xəbər verir ki, Telman Hacıyev 1937-ci ildə Bakı şəhərində doğulub.

Təhsili: 1957-ci ildə T.Hacıyev Bakı musiqi texnikumunda fleyta sinfini bitirmişdir. 1961-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının fleyta sinfini əla diplomla bitirmişdir. Ümumittifaq müsabiqəsinin iştrakçısı -1963-cü il. 1964-cü ildə Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasını professor N.İ. Platonovun sinfində fleyta ixtisası üzrə bitirmişdir. 1959-cü ildə T.Hacıyev Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsini bitirmişdir, iqtisadçı ixtisasına yiyələnmişdir.

Elmi fəaliyyəti: Telman Hacıyev 1972-ci ildə fəlsəfə elmləri üzrə dissertasiya müdafiə etmiş və ona Moskva AAK-ı tərəfindən elməlr namizədi diplomu verilmişdir. Dissertasiyanın mövzusu «Проблема развития метода социалистического реализма в азербайджанской музыкальной культуре». Elmi rəhbəri – professor Skaterşikov V.K. (Moskva), elmi konsultant - fəlsəfə elmləri namizədi Nağıyev R.S. (Bakı). 1976-cı ildə Moskva AAK-ı tərəfindən kamera ansamblı sinfi üzrə dosent diplomu verilmişdir.

1985-ci ildə T. Hacıyev «Şəxsiyyətin sosial fəallığı» mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək Moskva AAK-ı tərəfindən fəlsəfə elmləri doktoru adı almışdır, elmi konsultant f.e.d. professor Ovsyannikov M.F. olmuşdur.

Pedaqoji fəaliyyəti: 1964-cü ildə Ü.Hacıbəyli adınaAzərbaycan Dövlət Konservatoriyasının kamera ansamblı kafedrasında fəaliyyətə başlamışdır.
1975-ci ildən həmin kafedranın dosenti kimi çalışmışdır. 1990-ci ildə T.Hacıyevə Azərbaycan Respublikası AAK-ı tərəfindən professor diplomu verilmişdir.
1975-1976-cı illərdə Misir Ərəb respublikasının Qahirə Konservatoriyasında professor vəzifəsində çalışmışdır. Həmən illərdə Misrin İskəndəriyə, Qahirə, Nakhamadi, Luksor və başqa şəhərlərində solo konsertlər vermişdir.

İfaçılıq fəaliyyəti: 1964-1973-cü illərdə Qara Qarayevin təşəbbüsü ilə Azərbaycan Teleradiosunun nəzdində yaranmış kamera orkestrində fleytaçı-solist kimi Arif Məlikovun fleyta və orkestr üçün konsertini, Motsartın, İndirjix Feldin fleyta konsertini, Tofiq Bakıxanovun 1 №-li və 2 №-li konsertlərini və s. İfa edərək xarici ölkələrdə (Polşa, Çexoslovakiyavə s.) çıxış etmişdir.

Paylaş:
101

Son xəbərlər

Bütün xəbərlər