BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin böyük laborantı Səbinə Salmanova vəfat edib

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Psixologiya kafedrasının Eksperimental psixologiya elmi-tədqiqat laboratoriyasının (ETL) böyük laborantı Səbinə Salmanova vəfat edib.
1news.az xəbər verir ki, Səbinə Salmanova 1975-ci il martın 9-da Qərbi Azərbaycanın Urud kəndində anadan olub. 1997-ci ildə BDU-nun Biologiya fakültəsinin bakalavr, 1999-cu ildə isə magistratura pilləsini bitirib. 2000-ci ildən Eksperimental psixologiya ETL-də böyük laborant işləyib. 2011-ci ildən Psixologiya kafedrasının “Ümumi psixologiya” ixtisası üzrə doktorantı, 2023-cü ildən saathesabı müəllimi olub.
BDU rəhbərliyi və kollektivi Səbinə Salmanovanın vəfatından kədərlənir, ailəsinə dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!