AQTA yerli istehsal dondurmaları yoxladı - Nəticələr açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

AQTA yerli istehsal dondurmaları yoxladı - Nəticələr açıqlandı

Qafar Ağayev12:14 - Bu gün
AQTA yerli istehsal dondurmaları yoxladı - Nəticələr açıqlandı

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən cari ildə keçirilən növbəti monitorinq çərçivəsində pərakəndə və topdansatış obyektlərində satışa çıxarılan yerli istehsallı dondurma məhsullarından ümumilikdə 50 nümunə götürülərək müayinə üçün müvafiq laboratoriyalara təqdim edilib.

1news.az xəbər verir ki, sınaq nəticələrinə əsasən, nümunələrdə təhlükəsizlik göstəriciləri üzrə hər hansı uyğunsuzluq aşkarlanmayıb.

Qeyd edək ki, xaricdən gətirilən dondurma məhsulları isə ölkənin gömrük ərazisinə daxil olarkən riskəsaslı nəzarətə cəlb olunur. Yalnız sınaq nəticələri uyğun çıxan məhsulların dövriyyəsinə icazə verilir.

Paylaş:
87

Son xəbərlər

Bütün xəbərlər