Şüvəlanda dənizdə batan uşağın meyiti tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Şüvəlanda dənizdə batan uşağın meyiti tapılıb

Qafar Ağayev09:06 - 18 / 07 / 2025
Şüvəlanda dənizdə batan uşağın meyiti tapılıb

Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) batan 1 nəfərin (uşaq) axtarışları başa çatıb.

1news.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Paylaş:
274

Son xəbərlər

Bütün xəbərlər