Göyçayda 23 yaşlı qadın itkin düşüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Göyçayda 23 yaşlı qadın itkin düşüb

14:59 - Bu gün
Göyçayda 23 yaşlı qadın itkin düşüb

Göyçay rayonunda 23 yaşlı qadın itkin düşüb.

Daxili işlər Nazirliyinin Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, rayon sakini, 2002-ci il təvəllüdlü Fatimə Mehdiyeva iyunun 26-da yaşadığı evdən çıxaraq naməlum istiqamətdə gedib.

Sonuncu dəfə onun əynində qara rəngli don və ayaqqabı olub. Qadının əlamətləri: boyu 165 sm, gözlərinin rəngi qəhvəyidir.

F.Mehdiyevanın harada olması barədə məlumatı olan şəxslərən DİN-in “102” Xidməti- Zəng Mərkəzinə, həmçinin Göyçay Rayon Polis Şöbəsinin (020)274-04-91 şəhər və 050-502-34-56 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Paylaş:
86

Son xəbərlər

Bütün xəbərlər