Banqladeşdə təyyarə universitetin kampusuna çırpıldı: Ölən və yaralananlar var | 1news.az | Xəbərlər
Cəmiyyət

Banqladeşdə təyyarə universitetin kampusuna çırpıldı: Ölən və yaralananlar var

Qafar Ağayev13:42 - 21 / 07 / 2025
Banqladeşdə təyyarə universitetin kampusuna çırpıldı: Ölən və yaralananlar var

Banqladeş Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarəsi qəzaya uğrayaraq paytaxt Dəkada bir universitet kampusuna düşüb.

1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, hadisə nəticəsində ən azı bir nəfər həlak olub.

Yerli KİV-lərin yaydığı məlumatlara görə, xilasetmə və axtarış-qurtarma briqadaları dərhal hadisə yerinə göndərilib.

Rəsmi qurumlardan mövzu ilə bağlı əlavə açıqlama gözlənilir.

Paylaş:
294

Son xəbərlər

Qaxda kafe yanıb

05 / 09 / 2025, 15:30
Bütün xəbərlər