Ötən həftə aşkarlanan minaların sayı açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən həftə aşkarlanan minaların sayı açıqlandı

Qafar Ağayev10:42 - 21 / 07 / 2025
Ötən həftə aşkarlanan minaların sayı açıqlandı

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məluma dərc edilib.

1news.az xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb.

Bildirilib ki, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 73 piyada əleyhinə mina, 6 tank əleyhinə mina, 178 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Qeyd edilib ki, 1 641 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Paylaş:
235

Son xəbərlər

Qaxda kafe yanıb

05 / 09 / 2025, 15:30
Bütün xəbərlər