"Koroğlu” körpüsünün üzərində qəza sıxlığa səbəb olub

Nizami rayonu, Heydər Əliyev propekti, "Koroğlu” körpüsünün üzərində yol-nəqliyyat hadisəsi baş verib.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, qəza səbəbindən Aeroport şosesi, Qara Qarayev prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.
Hazırda polis əməkdaşları hadisə yerindədir və qəzada iştirak edən avtomobilin yoldan kənarlaşdırılması işləri görülür.
158