Füzulidə açıq ərazi yanır, helikopter cəlb olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Füzulidə açıq ərazi yanır, helikopter cəlb olunub

17:49 - 23 / 07 / 2025
Füzulidə açıq ərazi yanır, helikopter cəlb olunub

Füzuli rayonu Yuxarı Yağlıvənd kəndi yaxınlığında dağlıq ərazidə açıq sahədə yanğın baş verib.

1news.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumatla əlaqədar əraziyə FHN-in Aviasiya dəstəsinin helikopteri və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Paylaş:
206

Son xəbərlər

Qaxda kafe yanıb

05 / 09 / 2025, 15:30
Bütün xəbərlər