Taleh Kazımov inflyasiyaya təsir edən xarici və daxili amillərdən danışdı | 1news.az | Xəbərlər
Cəmiyyət

Taleh Kazımov inflyasiyaya təsir edən xarici və daxili amillərdən danışdı

11:49 - Bu gün
Taleh Kazımov inflyasiyaya təsir edən xarici və daxili amillərdən danışdı

“Ticarət tərəfdaşımız olan ölkələrdəki bahalaşma Azərbaycanda qiymət artımına bu il 3,36 faizi artırıcı təsir edib”.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında deyib .

"Daxili təsirlərlə bağlı isə, manatın nominal effektiv məzənənin möhkəmlənməsi inflyasiyaya 0,52 faiz azaldıcı, dövlət və ev təsərrüfatlarının istehlakının artması 1,61 faiz, kənd təsərüfatı məhsullarının bahalaşması 4,6 faiz artırıcı təsir edib", - deyə o qeyd edib.

AMB-nin yenilənmiş proqnozlarına görə, illik inflyasiyanın 2025-ci ildə 5,7 faiz, 2026-cı ildə isə 5,3 faiz ətrafında olacağı gözlənilir.

Paylaş:
86

Son xəbərlər

Bütün xəbərlər