Baş prokuror: Birinci yarımildə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında 59 cinayət işi başlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş prokuror: Birinci yarımildə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında 59 cinayət işi başlanıb

Qafar Ağayev17:55 - 24 / 07 / 2025
Baş prokuror: Birinci yarımildə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında 59 cinayət işi başlanıb

Bu ilin birinci yarımilində ölkə ərazisində 17 min 49 cinayət qeydə alınmaqla onların 90,2 faizinin açılması təmin edilib.

1news.az xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev iyulun 24-də videokonfrans rejimində keçirilən geniş kollegiya iclasında məlumat verib.

Qeyd olunub ki, Ümumilikdə ölkə üzrə cəmi 7 min 477 cinayət işinin istintaqı tamamlanıb ki, onlardan 536-sı prokurorluq orqanlarında istintaq edilib. Prokurorluq orqanları tərəfindən 340, ümumilikdə isə digər istintaq qurumları ilə birgə 5 min 839 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəmələrə göndərilib. Prokurorluq orqanlarında ibtidai istintaqı aparılaraq yekunlaşmış cinayət işləri və tamamlanmış araşdırma materialları üzrə ümumilikdə 55 milyon 783 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 37,7 faizinin, yəni 21 milyon 26 min manat hissəsinin ödənilməsinə nail olunub, habelə 13 milyon 788 min manat məbləğində əmlak üzərinə həbs qoyulub.

Bildirilib ki, hesabat dövründə ölkə rəhbərinin siyasi fəaliyyətinin əsas prioritet istiqamətlərindən biri olan korrupsiyaya və rüşvətxorluğa qarşı barışmaz mübarizə xətti əvvəlki illərdə olduğu kimi ardıcıl şəkildə davam etdirilib. Həmin çərçivədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən vətəndaşları ciddi narahat edən korrupsiya xarakterli cinayətlərin və hüquqpozmaların daha geniş yayıldığı idarəetmə və xidmət sahələri müəyyən edilib, həmin əməlləri törətmiş vəzifəli şəxslər məhkəmə məsuliyyətinə verilib. Eyni zamanda, Baş İdarənin əməliyyat qurumları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində 10 şəxs cinayət başında yaxalanıb, əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında 59 cinayət işi başlanılıb.

Hesabat dövründə Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən 39 şəxs barəsində 31 cinayət işinin ibtidai istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib, bunlardan 2 şəxs barəsində 2 iş qəsdən adamöldürmə faktları ilə bağlı olub. Həmçinin 3 şəxs barəsində qiyabi icraat başlanaraq məhkəməyə göndərilməsi təmin edilib.

Baş prokuror qeyd edib ki, hesabat dövründə bütün instansiya məhkəmələri üzrə 11 min 170 şəxs barəsində 10 min 46 iş üzrə dövlət ittihamının müdafiəsi təmin olunub, prokurorluq orqanları tərəfindən 658 apellyasiya və 198 kassasiya protestləri verilib, 441 apellyasiya protesti və 49 kassasiya protestləri təmin olunmaqla nəticədə məhkəmə səhvlərinin yuxarı instansiya məhkəmələri tərəfindən aradan qaldırılması təmin edilib.

Vurğulanıb ki, hesabat dövründə tabe rayon (şəhər) prokurorluqlarının fəaliyyətində də qənaətbəxş nəticələr əldə olunub, 2024-cü ilin birinci yarımili ilə müqayisədə adamöldürmə cinayətləri 21 vahid azalaraq törədilmiş 54 cinayətdən 53-nün açılması, bağlı qalmış 1 qəsdən adamöldürmə cinayət işinin isə cari ilin iyul ayında açılması təmin olunub.

Paylaş:
141

Son xəbərlər

Brilyant qaşlar aşkar edilib

25 / 07 / 2025, 16:05

Ağdamda yanğınlar davam edir

25 / 07 / 2025, 15:43
Bütün xəbərlər