Zakir Həsənov İtaliyanın Baş Qərargah rəisini qəbul edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Zakir Həsənov İtaliyanın Baş Qərargah rəisini qəbul edib

Qafar Ağayev12:46 - 24 / 07 / 2025
Zakir Həsənov İtaliyanın Baş Qərargah rəisini qəbul edib

İyulun 24-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan İtaliya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Luçano Portolanonu qəbul edib.

1news.az xəbər verir ki, İtaliyalı qonağı salamlayan müdafiə naziri onu ölkəmizdə görməkdən məmnunluğunu ifadə edib. Hərbi əməkdaşlığın mövcud vəziyyətini müsbət qiymətləndirən nazir Azərbaycan-İtaliya münasibətlərinin daha da genişləndirilməsinin digər sahələrdə olduğu kimi hərbi sahədə də xüsusi əhəmiyyətə malik olduğunu bildirib.
General L.Portolano isə öz növbəsində səmimi qəbula görə general-polkovnik Z.Həsənova minnətdarlığını bildirib. Qarşılıqlı səfərlərin əhəmiyyətini diqqətə çatdıran qonaq ölkələrimiz arasında hərbi əməkdaşlığın hər iki ölkə ordusunun inkişafına töhfə verəcəyini vurğulayıb.

İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Luka Di Canfrançeskonun da iştirak etdiyi görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığa, həmçinin regional təhlükəsizliyə dair maraq doğuran məsələlər müzakirə olunub.

Paylaş:
203

Son xəbərlər

Bütün xəbərlər