Azərbaycanın qiymətli kağızlar bazarı 2 dəfə böyüyüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın qiymətli kağızlar bazarı 2 dəfə böyüyüb

Qafar Ağayev11:29 - 25 / 07 / 2025
Azərbaycanın qiymətli kağızlar bazarı 2 dəfə böyüyüb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın qiymətli kağızlar bazarında 36 milyard 855,9 milyon manatlıq əməliyyat aparılıb.

1news.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 98 % və yaxud təxminən 2 dəfə çoxdur.

Yarımillik göstəricinin 3 milyard 072 milyon manatlıq hissəsi ilkin bazarda (28,2 % az), 33 milyard 783,9 milyon manatlıq hissəsi isə təkrar bazarda (2,4 dəfə çox) formalaşıb.

Hesabat dövründə qiymətli kağızlar bazarında 15 920 əqd bağlanılıb. Bu, illik müqayisədə 2,2 dəfə çoxdur. Əqdlərin 1 494-ü ilkin bazarın (26,4 % çox), 14 426-sı isə təkrar bazarın (2,3 dəfə çox) payına düşüb.

Yanvar-iyun aylarında Azərbaycanın qiymətli kağızlar bazarında aparılmış əməliyyatların 4 071,7 milyon manatlıq hissəsi və yaxud 11 %-i dövlət qiymətli kağızlarının, 1 564 milyon manatlıq hissəsi və yaxud 4,3 %-i korporativ qiymətli kağızların, 31 milyard 220,2 milyon manatlıq hissəsi və yaxud 84,7 %-i isə repo əməliyyatlarının payına düşüb. Bunlar, 1 il əvvələ nisbətən müvafiq olaraq 11,4 % çox, 26,9 % az və 2,4 dəfə çoxdur.

6 ayda bu bazarda bağlanmış əqdlərin isə 601-i və yaxud 3,8 %-i dövlət qiymətli kağızlarının, 12 299-u və yaxud 77,2 %-i korporativ qiymətli kağızların, 3 020-si və yaxud 19 %-i isə repo əməliyyatlarının payına düşüb. Bu isə illik müqayisədə müvafiq olaraq 2,4 dəfə az, 6,1 dəfə çox və 22,3 % çoxdur.

Paylaş:
83

Son xəbərlər

Brilyant qaşlar aşkar edilib

25 / 07 / 2025, 16:05

Ağdamda yanğınlar davam edir

25 / 07 / 2025, 15:43
Bütün xəbərlər