Yanğın törədən şəxs həbs edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Yanğın törədən şəxs həbs edilib

Qafar Ağayev13:19 - Bu gün
Yanğın törədən şəxs həbs edilib

İyulun 27-də Xankəndi şəhərində yaşayış binalarından birinin yaxınlığında yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan 1news.az-a verilən məlumata görə, bildirilib ki, araşdırmalarla yanğının 1973-cü il təvəllüdlü Malik İsmayılov yemək hazırlayarkən qaladığı ocaqla ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub.

Hadisə nəticəsində təxminən 40 kv.m sahədə yaşıllığa zərər vuran M.İsmayılov barəsində həbs qərarı verilib.

Paylaş:
68

Son xəbərlər

Bütün xəbərlər