Bağçalara tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqəyə elektron sənəd qəbulu başlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bağçalara tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqəyə elektron sənəd qəbulu başlayıb

Qafar Ağayev12:19 - 29 / 07 / 2025
Bağçalara tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqəyə elektron sənəd qəbulu başlayıb

Məktəbəqədər təhsil müəssisələrinə (uşaq bağçası) tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə başlanılıb.

1news.az xəbər verir ki, namizədlər avqustun 4-ü saat 11:00-dək www.miq.edu.az portalı vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, bu mərhələdə məktəbəqədər təhsil sahəsi üzrə ali və ya orta ixtisas təhsilli (eləcə də xarici dövlətlərin tanınmış kvalifikasiyasına sahib olan) şəxslər iştirak edə bilər.

Paylaş:
102

Son xəbərlər

Bütün xəbərlər