Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq

Qafar Ağayev12:44 - 29 / 07 / 2025
Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq

Böyükşor-Pirşağı yeni avtomobil 6.5-ci km-lik hissəsində yeni yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar olaraq, 1 avqust saat 09:00-dan başlaraq qeyd olunan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Hərəkətin məhdudlaşdırılması günorta saatlarınadək qüvvədə olacaq.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

Paylaş:
129

Son xəbərlər

Bütün xəbərlər