ABŞ-nin müvəqqəti işlər vəkili Şəhidlər xiyabanında - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

ABŞ-nin müvəqqəti işlər vəkili Şəhidlər xiyabanında - FOTO

Qafar Ağayev17:54 - 30 / 07 / 2025
ABŞ-nin müvəqqəti işlər vəkili Şəhidlər xiyabanında - FOTO

ABŞ-ın müvəqqəti işlər vəkili Emi Karlon Şəhidlər xiyabanını ziyarət edib.

1news.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin X hesabında məlumat verilib.

“ABŞ-nin Müvəqqəti İşlər Vəkili Emi Karlon Şəhidlər xiyabanını ziyarət edərək həlak olanların xatirəsini ehtiramla yad etdi və münaqişə nəticəsində yaxınlarını itirən azərbaycanlı ailələrə və dostlara başsağlığı verdi”, - məlumatda qeyd olunub.

Paylaş:
137

Son xəbərlər

Bütün xəbərlər