Astarada 21 yaşlı gəlin qayınanasını qətlə yetirib | 1news.az | Xəbərlər
Cəmiyyət

Astarada 21 yaşlı gəlin qayınanasını qətlə yetirib

09:53 - 30 / 07 / 2025
Astarada 21 yaşlı gəlin qayınanasını qətlə yetirib

Astarada qadın qətlə yetirilib.

1news.az-ın "Report"a istinadən əldə etdiyi xəbərə görə, hadisə rayonun Kakolos kəndində gecə saatlarında baş verib.

Belə ki, 1970-ci il təvəllüdlü Xalidə Manafova çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib.

Hadisəni törətməkdə şübhəli bilinən qadının gəlini, 2004-cü il təvəllüdlü Ruhanə İmanovanın yeri müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı Astara rayon Prokurorluğunda araşdırma aparılır.

Hadisəni törətməkdə şübhəli bilinən Ruhanə İmanovanın iki uşağı var.

Paylaş:
122

Son xəbərlər

Bütün xəbərlər