Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıb

08:45 - 31 / 07 / 2025
Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıb

İyul ayının 27-də Azərbaycan sərhədini qanunsuz şəkildə pozmağa çalışan şəxslər saxlanılıb.

1news.az xəbər verir ki, bununla bağlı məlumatı Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi yayıb.

Məlumatda bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəki” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində 3 (üç) nəfər Əlcəzair Xalq Demokratik Respublikası vətəndaşı (1997-ci il təvəllüdlü Mesimi Rami Süleyman, 2004-cü il təvəllüdlü Moussaouı Tadjedin Həsən, 2003-cü il təvəllüdlü Kateb Djoudı Abdulxani), “Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində Gürcüstan istiqamətində isə 1 (bir) nəfər Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşı (Udula İmanthalanka) dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılmışdır.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri davam еtdirilir.

Paylaş:
70

Son xəbərlər

Bütün xəbərlər