Laçının Güləbird kəndində mürəkkəb relyefli dağlıq ərazidə yanğın olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Laçının Güləbird kəndində mürəkkəb relyefli dağlıq ərazidə yanğın olub

Qafar Ağayev10:22 - 31 / 07 / 2025
Laçının Güləbird kəndində mürəkkəb relyefli dağlıq ərazidə yanğın olub

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Laçın rayonunun Güləbird kəndində mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

1news.az nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Aviasiya dəstəsinin qüvvələri cəlb olunub.

Nazirliyin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində dağlıq ərazidə baş vermiş yanğın geniş əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Paylaş:
120

Son xəbərlər

Bütün xəbərlər