Bakıda Mərakeşin milli bayramı qeyd olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda Mərakeşin milli bayramı qeyd olunub

Qafar Ağayev12:55 - 31 / 07 / 2025
Bakıda Mərakeşin milli bayramı qeyd olunub

İyulun 30-da Mərakeşin Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Taxt-tac günü münasibətilə rəsmi qəbul təşkil edib.

1news.az xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın və Mərakeşin Dövlət himnləri səsləndirilib.

Mərakeşin Azərbaycandakı səfiri Məhəmməd Adil Embarş çıxış edərək ölkəsinin son illərdəki inkişaf yolundan danışıb. Diplomat, həmçinin Mərakeşlə Azərbaycan arasında münasibətlərin hazırkı vəziyyətindən məmnunluğunu bildirib. Qeyd edib ki, iki ölkənin müxtəlif sahələrdə əməkdaşlıq əlaqələri ildən-ilə inkişaf edir.

Mədəniyyət naziri Adil Kərimli çıxışında dost ölkənin milli bayramı münasibətilə təbriklərini çatdırıb.

Qeyd olunub ki, bu gün ölkələrimiz siyasi dialoqla yanaşı, iqtisadi, mədəni və humanitar sahələrdə də uğurla əməkdaşlıq edir. İki ölkə rəhbərlərinin siyasi iradəsi və səmimi dostluq münasibətləri Azərbaycan-Mərakeş əlaqələrinin hərtərəfli inkişafında mühüm rol oynayır.

Çıxışlardan sonra mərasim ziyafətlə davam edib, bədii proqram təqdim olunub.

Paylaş:
93

Son xəbərlər

Bütün xəbərlər