Ali Məhkəmə işdən çıxarılan direktorun iddiasını təmin etməyib | 1news.az | Xəbərlər
Cəmiyyət

Ali Məhkəmə işdən çıxarılan direktorun iddiasını təmin etməyib

Qafar Ağayev14:17 - 01 / 08 / 2025
Ali Məhkəmə işdən çıxarılan direktorun iddiasını təmin etməyib

Ali Məhkəmə Samux rayonu İnstitut qəsəbə tam orta məktəbinin işdən çıxarılan direktoru Gülsəba Abbasovanın iddiasını təmin etməyib.

Bu barədə 1news.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Xatırladaq ki, Gülsəba Abbasova ötən il sözügedən məktəbdə keçirilən “Son zəng” tədbirində kriminal xarakterli musiqinin ifa edilməsi səbəbindən vəzifəsindən kənarlaşdırılmışdı.

Paylaş:
134

Son xəbərlər

Bütün xəbərlər