Azərbaycanın İranla sərhədini pozmaq istəyən Əfqanıstan vətəndaşları saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın İranla sərhədini pozmaq istəyən Əfqanıstan vətəndaşları saxlanılıb

Qafar Ağayev12:15 - 01 / 08 / 2025
Azərbaycanın İranla sərhədini pozmaq istəyən Əfqanıstan vətəndaşları saxlanılıb

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən 1news.az-a verilən məlumata görə, iyul ayının 30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində 2 (iki) nəfər Əfqanıstan İslam Respublikası vətəndaşı – 1999-cu il təvəllüdlü Qasimi Reza Həbibulla və 2002-ci il təvəllüdlü Həsəni Məhəmmədrza Məhəmmədnaim dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıblar.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Paylaş:
87

Son xəbərlər

Bütün xəbərlər