Sumqayıtda itkin düşən 16 yaşlı qız tapılıb

Sumqayıtda itkin düşən yeniyetmə qız tapılaraq ailəsinə təhvil verilib.
1news.az xəbər verir ki, bu barədə Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Feysbuk hesabında paylaşım edib.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, Sumqayıt şəhərində yaşayan 16 yaşlı yeniyetmənin ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etməsi və geri dönməməsi barədə polisə məlumat daxil olub. Həmin şəxs polis əməkdaşları tərəfindən axtarışa elan edilib, tədbirlərlə yeri müəyyən olunaraq tapılıb və ailəsinə təhvil verilib.
Qeyd edək ki, avqustun 2-də Sumqayıtda 16 yaşlı yeniyetmə qız yaşadığı evi tərk etmişdi.
51