Möminə xatun türbəsinin bərpasına başlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Möminə xatun türbəsinin bərpasına başlanılıb

16:46 - Bu gün
Möminə xatun türbəsinin bərpasına başlanılıb

Möminə xatun türbəsinin bərpası istiqamətində işlərə başlanılıb.

1news.az "Report"a istinadən xəbər verir ki, Azərbaycan milli memarlığının möhtəşəm abidəsi və Şərq memarlığının incilərindən biri olan Möminə xatun türbəsinin bərpası istiqamətində işlərə başlanılıb.

Naxçıvan Muxtar Respublikasının (MR) Mədəniyyət Nazirliyi ilə “Atelier Erich Pummer GmbH” şirkəti arasında imzalanmış müqaviləyə əsasən 05 avqust 2025 ci il tarixdə şirkətin işçi qrupu Naxçıvana gəlib.

Şirkət tərəfindən ilkin olaraq ərazidə müvafiq infrastruktrun qurulması işlərinə başlanılıb.Abidənin tarixiliyi qorunub saxlanılmaqla ilkin formaya uyğun bərpa ediləcək.

Qeyd edək ki, Prezident İlham Əliyev mayın 22-də “Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsi dünya əhəmiyyətli tarix-memarlıq abidəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Paylaş:
52

Son xəbərlər

Bütün xəbərlər