Xəzər rayonunda 4 otaqlı ev yanıb

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 150 m² (hər mərtəbəsi 75 m²) olan ikimərtəbəli 4 otaqlı evin bir otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb.
1news.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.
"Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - deyə əlavə edilib.
54