Bakının bəzi ərazilərində qaz kəsiləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının bəzi ərazilərində qaz kəsiləcək

Qafar Ağayev09:57 - Bu gün
Bakının bəzi ərazilərində qaz kəsiləcək

Bu gün Bakının Binəqədi və Sabunçu rayonlarının bəzi qəsəbələrində qaz təchizatı dayandırılacaq.

1news.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsində və Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində görüləcək təmir işləri ilə əlaqədar avqustun 5-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Biləcəri qəsəbəsinin A.Zeynallı, Q.Məmmədov, Ş.İ.Xəqani, M.Hüseynzadə və İ.Kərimov küçələrinin, Kürdəxanı qəsəbəsinin isə V. Əliyev, X.Əzimov, H.Hacıyev və Ə.Məlikov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Paylaş:
50

Son xəbərlər

Bütün xəbərlər