Qida obyektlərinə dair ümumi gigiyena tələblərinin yerinə yetirilməməsi inzibati məsuliyyət yaradır | 1news.az | Xəbərlər
Cəmiyyət

Qida obyektlərinə dair ümumi gigiyena tələblərinin yerinə yetirilməməsi inzibati məsuliyyət yaradır

Qafar Ağayev12:15 - Bu gün
Qida obyektlərinə dair ümumi gigiyena tələblərinin yerinə yetirilməməsi inzibati məsuliyyət yaradır

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının 3 noyabr 2020-ci il tarixli, 19 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”a əsasən, qida zəncirinin bütün mərhələlərində — ilkin istehsal, tədarük, emal, qablaşdırma, saxlanma, daşınma, dövriyyə (o cümlədən idxal və ixrac), ictimai iaşə və xidmət sahələrində istifadə, utilizasiya və məhv edilmə proseslərində — gigiyenik normalara ciddi şəkildə riayət olunmalıdır.

Agentlikdən 1news.az-a verilən məlumata görə, Qida obyektlərinə dair ümumi gigiyena tələbləri qida məhsullarının təhlükəsiz şəkildə istehsalı, emal və dövriyyəsi üçün zəruri sanitar-gigiyenik şəraitin yaradılması və bu şəraitin davamlılığının təmin edilməsi məqsədi daşıyır. Qida obyektlərində gigiyena tələbləri çərçivəsində istifadə olunan avadanlıqlara, qida məhsullarının təhlükəsiz istifadəsinə, onların qablaşdırılması və etiketlənməsinə, daşınması və saxlanmasına, işçi heyət və şəxsi gigiyena qaydalarına, eləcə də qida tullantılarının idarə olunmasına dair əsas prinsiplər və tələblər öz əksini tapıb.

Bu tələblər çərçivəsində təmizləmə və dezinfeksiya tədbirləri xüsusi əhəmiyyət daşıyır. Qida obyektlərində bütün sahələr, o cümlədən təmizləyici avadanlıqlar gigiyenik normalara uyğun şəkildə təmizlənməli, təmizləmə və dezinfeksiya proqramları hazırlanmalı, onların effektivliyi daimi nəzarətdə saxlanmalı və sənədləşdirilməlidir. Belə ki:

· Təmizlənəcək və ya dezinfeksiya ediləcək sahələr, avadanlıqlar və qab-qacaq dəqiq şəkildə müəyyənləşdirilməli;

· Hər bir təmizlik tapşırığına cavabdeh şəxslər təyin edilməli;

· Təmizləmə və dezinfeksiya üsulları, həmçinin onların tətbiq tezliyi müəyyən edilməli;

· Yerinə yetirilən tədbirlərin effektivliyinə nəzarət mexanizmləri mövcud olmalıdır.

Agentlik bir daha xatırladır ki, sahibkarlıq subyektləri tərəfindən bu tələblərə əməl edilməsi qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçıların sağlamlığının qorunması baxımından olduqca önəmlidir. Bu tələblərin yerinə yetirilməməsi qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyət yaradır.

Paylaş:
49

Son xəbərlər

Bütün xəbərlər