Qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən 30 kq narkotik vasitə aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən 30 kq narkotik vasitə aşkarlanıb

Qafar Ağayev13:17 - Bu gün
Qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən 30 kq narkotik vasitə aşkarlanıb

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Cəlilabad rayonunda keçirilən əməliyyat zamanı 50 yaşlı Cəlilabad rayon sakini Elşən Şəmmədov tutulub.

Bu barədə 1news.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ondan 30 kq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.

Elşən Şəmmədov cinayət məsuliyyətindən yayınmaq üçün müxtəlif vasitələrdən istifadə etməsinə baxmayaraq onun ayrı-ayrı vaxtlarda İran vətəndaşları ilə olan əlbirliyi və ölkə ərazisində narkotik vasitələrin dövriyyəsini təşkil edən əsas şəxslərdən biri olması müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Paylaş:
55

Son xəbərlər

Bütün xəbərlər