Rəşad Məciddən azərbaycanlı jurnalistin Trampa sualı ilə bağlı müzakirələrə reaksiya | 1news.az | Xəbərlər
Cəmiyyət

Rəşad Məciddən azərbaycanlı jurnalistin Trampa sualı ilə bağlı müzakirələrə reaksiya

Qafar Ağayev14:56 - Bu gün
Rəşad Məciddən azərbaycanlı jurnalistin Trampa sualı ilə bağlı müzakirələrə reaksiya

““Report” İnformasiya Agentliyinin müxbiri Vüsalə Abbasovanın ABŞ Prezidenti Donald Trampa sualı ətrafında söz-söhbətlər üzücüdür”.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid öz sosial şəbəkə hesabında paylaşımında qeyd edib.

“Hesab edirəm ki, bu günlərdə baş verən hadisələrin, Birləşmiş Ştatların paytaxtında imzalanmış və Azərbaycan adına böyük uğur olan sənədlərin fonunda belə bir durumun müşahidə edilməsi yolverilməzdir, tarixi proseslərin böyüklük miqyasına adekvat deyil.

Görünür, bəziləri Vaşinqtonda imzalanmış sənədlər ətrafında müzakirə aparmaqdansa, ölkəmizin böyük uğurundan söz açmaqdansa, diqqəti tamam başqa səmtə yönəltməyə, əslində isə ictimaiyyəti başlıca mahiyyətdən uzaq tutmağa, gündəmi dəyişməyə, daha doğrusu, fərqli gündəm formalaşdırmağa çalışırlar”.

“Azərbaycan Mətbuat Şurası olaraq tövsiyə edirik ki, media orqanlarımız, jurnalistlərimiz həmin olaylar müstəvisindəki hansısa xırda məsələlərə köklənib intriqa yaratmaqdan çəkinsinlər, ölkəmizin adı ilə bağlı ciddi reallıqlara nəzər salsınlar” – deyə R.Məcid Əlavə edib:

“Hesab edirəm ki, indiki məqamda bu, təkcə peşə borcunu yerinə yetirmək yox, eyni zamanda, hər bir qələm sahibinin özünün özünə verdiyi qiymətdir. Onu da deyim ki, Azərbaycan jurnalistikasında həmişə həmkar təəssübkeşliyi olub. Gəlin, bir-birimizə təəssüb hissi ilə yanaşaq ki, sonradan təəssüflənməyək”.

Qeyd edək ki, Vüsalə Abbasovanın ABŞ Prezidenti Donald Trampa verdiyi sualdan sonra sosial şəbəkələrdə onun ingilis dilində yaxşı danışmaması ilə bağlı media nümayəndələri tərəfindən tənqidlər səsləndirilib.

Paylaş:
166

Son xəbərlər

Bütün xəbərlər