QDF Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi ilə bağlı məsələyə aydınlıq gətirdi

Məlum olduğu kimi, 12 avqust 2025-ci il tarixində Prezident İlham Əliyev “Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” 2021-ci il 4 yanvar tarixli 2407 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.
Fonddan 1news.az-a verilən məlumata görə, Sözügedən sənədlə bağlı media qurumlarından daxil olan çoxsaylı sorğulara cavab olaraq Fondun mətbuat xidmətindən bildirilib ki, Müşahidə Şurasının üzvlərinin siyahısında dəyişiklik baş verməyib.
“Xatırladaq ki, 5 fevral 2025-ci il tarixli Prezident sərəncamları ilə Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilərək Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib. Həmçinin, Tural Gəncəliyevin rəhbərlik etdiyi “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyi 2021-ci ilin aprelində fəaliyyətini dayandırıb. Prezidentin son Sərəncamında məhz bu dəyişikliklər nəzərə alınaraq Şura üzvlərinin vəzifə adlarında müvafiq düzəlişlər edilib. Həm Muxtar Babayev, həm də Tural Gəncəliyev əvvəlki kimi Müşahidə Şurasının üzvləri olaraq fəaliyyətlərini davam etdirirlər”, - deyə məlumatda qeyd olunub.