Şəkidə avtomobil ağaca çırpılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəkidə avtomobil ağaca çırpılıb

18:03 - Bu gün
Şəkidə avtomobil ağaca çırpılıb

Şəkidə yol nəqliyyat hadisəsi baş verib, ana və iki azyaşlı övladı xəsarət alıb.

1news.az-ın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Çeşməli kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq ağaca dəyib. Nəticədə nəqliyyat vasitəsində olan sərnişin, 28 yaşlı Rəvanə Qurbanova və iki azyaşlı övladı xəsarət alıb.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
63

Son xəbərlər

Şəmkirdə ev yanıb

Bu gün, 17:43
Bütün xəbərlər