Bakı Olimpiya Stadionun yaxınlığında yol qəzası olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Olimpiya Stadionun yaxınlığında yol qəzası olub

Qafar Ağayev10:50 - 18 / 08 / 2025
Bakı Olimpiya Stadionun yaxınlığında yol qəzası olub

Bakı şəhəri Nizami rayonu, Heydər Əliyev prospekti, Bakı Olimpiya Stadionun yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, qəza səbəbindən həm mərkəz, həm də Aeroport şosesi istiqamətlərində nəqliyyat sıxlığı yaranıb. Sıxlığın aradan qaldırılması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Paylaş:
205

Son xəbərlər

Bütün xəbərlər