Yol-nəqliyyat hadisəsi baş verdi, svetofor yararsız vəziyyətə düşdü - FOTO
Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 1 ədəd svetofor yararsız vəziyyətə düşüb.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında qeyd olunub.
Bildirilib ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən yol hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə yeni svetofor obyekti quraşdırılacaq.


305












