Ali məktəblərə qəbulun nəticələri nə zaman açıqlanacaq? - DİM-dən AÇIQLAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

Ali məktəblərə qəbulun nəticələri nə zaman açıqlanacaq? - DİM-dən AÇIQLAMA

Qafar Ağayev14:06 - Bu gün
Ali məktəblərə qəbulun nəticələri nə zaman açıqlanacaq? - DİM-dən AÇIQLAMA

Hazırda müsabiqə nəticələrinin emalı davam edir və ümumi müsabiqədən əvvəl ali təhsil müəssisələrinə (xüsusi təyinatlı təhsil müəssisələri, Azərbaycan – Fransız Universiteti, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı və s.) yerləşdirilənlərin, o cümlədən müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunanların siyahıları dəqiqləşdirilir.

Bu barədə 1news.az-ın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu proses müəyyən qədər vaxt tələb edir. Müsabiqə nəticələrinin növbəti həftənin əvvəlində elan olunması nəzərdə tutulur.

Paylaş:
143

Son xəbərlər

Bütün xəbərlər