Binəqədidə qaz xətti zədələnib, bəzi qəsəbələr qazsız qalıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Binəqədidə qaz xətti zədələnib, bəzi qəsəbələr qazsız qalıb

Qafar Ağayev13:29 - Bu gün
Binəqədidə qaz xətti zədələnib, bəzi qəsəbələr qazsız qalıb

Bakının Binəqədi rayonu, Binəqədi şosesində tikinti təşkilatı tərəfindən qazıntı işləri aparılan zaman qaz xətti zədələnib.

Bu barədə 1news.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, bu səbəbdən bu gün saat 10:15-dan etibarən qaz təchizatı dayandırılıb.

Hazırda təmir-bərpa işləri aparılır. Binəqədi şosesinin, Biləcəri qəsəbəsinin, Ordubadi küçəsinin, Baksol massivinin, M.Ə.Rəsulzadə qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Paylaş:
85

Son xəbərlər

Bütün xəbərlər