Ali məktəblərə boş qalan plan yerlərinin sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ali məktəblərə boş qalan plan yerlərinin sayı açıqlanıb

Qafar Ağayev15:52 - Bu gün
Ali məktəblərə boş qalan plan yerlərinin sayı açıqlanıb

Ali təhsil müəssisələri üzrə boş qalan plan yerlərinin sayı 2 219-dur.

1news.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə İTV-nin "Xəbərimiz var" verilişinin efirində deyib.

Onun sözlərinə görə, sözügedən plan yerlərinin siyahısı sabah açıqlanacaq:

"Hazırda I ixtisas qrupu üzrə 1549, II qrup üzrə 278, III ixtisas qrupu üzrə 30, IV qrup üzrə isə 218 boş plan yeri var. V qrupa gəlincə isə 144 boş plan yeri mövcudur".

Paylaş:
66

Son xəbərlər

Bütün xəbərlər