Xocavənd və Ağdərədə baş verən yanğınların söndürülməsinə aviasiya qüvvələri cəlb olunub - VİDEO

Xocavənd və Ağdərə rayonlarında baş verən yanğınların söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti və Aviasiya dəstəsinin qüvvələri cəlb olunub.
Bu barədə 1news.az-a FHN-dən məlumat verilib.
Bildirilib ki, küləkli hava şəraiti Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi, Edilli kəndi və Ağdərə rayonunun Sırxavənd kəndində baş verən yanğınlarla mübarizəni çətinləşdirsə də yanğınların söndürülməsi əməliyyatı fasiləsiz olaraq həyata keçirilir.
43