Qala Qoruğunda Azərbaycan Xalq rəssamı Əşrəf Heybətin “Doğma Qala” adlı fərdi sərgisi açılıb | 1news.az | Xəbərlər
Mədəniyyət

Qala Qoruğunda Azərbaycan Xalq rəssamı Əşrəf Heybətin “Doğma Qala” adlı fərdi sərgisi açılıb

Qafar Ağayev12:46 - Bu gün
Qala Qoruğunda Azərbaycan Xalq rəssamı Əşrəf Heybətin “Doğma Qala” adlı fərdi sərgisi açılıb

22 avqust 2025-ci il tarixində Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin Qala Qəsrində Azərbaycan Xalq rəssamı Əşrəf Heybətin “Doğma Qala” adlı fərdi sərgisinin açılışı keçirilib.

Sərgidə rəssamın doğulduğu və yaradıcılıq ilhamını aldığı Qala kəndinə həsr edilmiş, Abşeronun təbiətini, mənzərələrini və milli-mədəni ruhunu əks etdirən 25-dən çox əsəri nümayiş etdirilir. Əsərlərdə rəssamın fərdi üslubu, koloristik zənginliyi və Abşeronun bədii-estetik ovqatını duymaq mümkündür.

Açılış tədbiri çərçivəsində sərginin müəllifi Şüvəlan Gənclər Evində fəaliyyət göstərən gənc qala sakini rəssamlarla görüşərək ustad dərsləri keçib. Daha sonra həmin gənc yaradıcıların əsərləri muzey kompleksinin açıq səma altında təşkil olunmuş sərgisində tamaşaçılara təqdim olunub.

Əşrəf Heybətin “Doğma Qala” adlı fərdi sərgisi 28 avqust 2025-ci il tarixinədək Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində ziyarətçilər üçün açıq olacaqdır.

Paylaş:
49

Son xəbərlər

Bütün xəbərlər