Vaqif Mustafazadənin doğum günü İçərişəhərdə caz bayramına çevriləcək | 1news.az | Xəbərlər
Mədəniyyət

Vaqif Mustafazadənin doğum günü İçərişəhərdə caz bayramına çevriləcək

10:30 - Bu gün
Vaqif Mustafazadənin doğum günü İçərişəhərdə caz bayramına çevriləcək

İçərişəhər Tarix Memarlıq-Qoruğu İdarəsi və Vaqif Mustafazadə adına Xeyriyyə Fondu və Ev-muzeyinin birgə təşkilatçılığı ilə 15 mart tarixində İçərişəhərdə, Qoşa Qala meydanında görkəmli caz ustası Vaqif Mustafazadənin doğum gününə həsr olunmuş Caz Günləri keçiriləcək.

Konsert proqramında “Sevil” qrupu, Məhəmməd Allahverdiyev, Afşin Əlizadə, Seymur Əliyev, Nicat Quliyev, Ruslan Hüseynov, Nicat Paşazadə və “Naz” qrupu səhnəyə çıxaraq tamaşaçılara unudulmaz caz axşamı bəxş edəcəklər.

Amma caz bayramı bununla bitmir!

16 mart saat 15:00-da Vaqif Mustafazadənin Ev Muzeyində gənc rəssamlarının caz və Vaqif Mustafazadə mövzusunda çəkdikləri əsərlərdən ibarət sərginin açılışı baş tutacaq.

Saat 17:00-da isə Fotoqrafiya Evində gənc caz ifaçıları dahi bəstəkarın əsərləri ifa edəcəklər. Onların ifaları isə tanınmış musiqi və sənət xadimlərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Münsiflər sırasında Vaqif Mustafazadə adına Ev-Muzeyinin və “Mədəni-Xeyriyyə” Fondunun rəhbəri Afaq Aliyeva,
Azərbaycanın əməkdar artistləri Şahin Növrəsli, Emil Əfrasiyab və Rain Sultanov, musiqişünas-alim Nigar Axundova, həmçinin bəstəkar və pianoçu Gülsüm Eldarova yer alacaq.

Günün finalı isə saat 20:00-da Baku Jazz Clubda baş tutacaq xüsusi caz jam session ilə tamamlanacaq. Burada Şölə Səfərəliyeva, Məhəmməd Allahverdiyev, Afşin Əlizadə, Vasif Hüseyn və Seymur Əliyev cazsevərlərə canlı improvizasiya gecəsi təqdim edəcəklər.

Paylaş:
73

Son xəbərlər

Bütün xəbərlər