DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirilib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirilib - VİDEO

Qafar Ağayev17:44 - Bu gün
DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirilib - VİDEO

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov martın 16-da respublikanın şəhər, rayon polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.

DİN-dən 1news.az-a verilən məlumata görə, Bakı şəhərində keçirilən sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 129 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.

Paylaş:
71

Son xəbərlər

Bütün xəbərlər