DSMF: Şəxsiyyət vəsiqəsi olmadan sosial ödənişlərin həyata keçirilməsi mümkün deyil | 1news.az | Xəbərlər
Cəmiyyət

DSMF: Şəxsiyyət vəsiqəsi olmadan sosial ödənişlərin həyata keçirilməsi mümkün deyil

Qafar Ağayev11:03 - Bu gün
DSMF: Şəxsiyyət vəsiqəsi olmadan sosial ödənişlərin həyata keçirilməsi mümkün deyil

Dövlət Sosial Müdafiə Fondunun sosial ödənişlərinin vətəndaşlara verilməsi şəxsiyyət vəsiqəsi məlumatlarına bağlıdır.

1news.az xəbər verir ki, bunu fondun mətbuat katibi Rəşad Mehdili bəzi vətəndaşların sosial ödəniş ala bilməməsinə münasibət bildirərkən deyib.

O əlavə edib ki, qüvvədə olan şəxsiyyət vəsiqəsi olmasa, ödənişlərin sistem üzərindən həyata keçirilməsi mümkün deyil:

"Şəxsiyyət vəsiqəsi hər hansı səbəbdən qüvvədən düşmüş vətəndaşlar məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edib, yeni qüvvədə olan şəxsiyyət vəsiqəsi almalıdır. Bundan sonra sosial ödənişlərinin davam etdirilməsi mümkün olacaq".

Paylaş:
82

Son xəbərlər

Bütün xəbərlər