Azərbaycanlı hakim-inspektor UEFA-dan yeni təyinat alıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanlı hakim-inspektor UEFA-dan yeni təyinat alıb

Qafar Ağayev14:00 - Bu gün
Azərbaycanlı hakim-inspektor UEFA-dan yeni təyinat alıb

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Babək Quliyev UEFA-dan növbəti dəfə təyinat alıb.

AFFA-dan 1news.az-a verilən məlumata görə, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində sentyabrın 5-də keçiriləcək Bosniya və Herseqovina – İsrail görüşünün hakim-inspektoru olacaq.

Qarşılaşma Mostar şəhərində yerləşən “Bijelim Brijeqom” stadionunda baş tutacaq.

Paylaş:
57

Son xəbərlər

Bütün xəbərlər