Abşeronda 54 yaşlı kişi qətlə yetirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Abşeronda 54 yaşlı kişi qətlə yetirilib

15:01 - Bu gün
Abşeronda 54 yaşlı kişi qətlə yetirilib

Abşeronda qətl törədilib.

1news.az "Report"a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Saray qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini, 1972-ci il təvəllüdlü Vüqar Abuzərov münaqişə zəminində həmyerlisi, 1971-ci il təvəllüdlü Adil İmambaxışova bıçaq xəsarətləri yetirib. O, aldığı xəsarətlərdən ölüb.

Polis əməkdaşları Vüqar Abuzərovu saxlayaraq istintaqa təhvil verib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Paylaş:
62

Son xəbərlər

Bütün xəbərlər