Ağcabədidə yaşayış evində yanğın olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağcabədidə yaşayış evində yanğın olub

17:37 - Bu gün
Ağcabədidə yaşayış evində yanğın olub

Ağcabədi rayonunun Hacılar kəndində ümumi sahəsi 40 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb.

1news.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş:
68

Son xəbərlər

Bütün xəbərlər