Bakıda mənzildə partlayış olub - Yaralı var - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda mənzildə partlayış olub - Yaralı var - FOTO - VİDEO

Qafar Ağayev09:52 - Bu gün
Bakıda mənzildə partlayış olub - Yaralı var - FOTO - VİDEO

Bakıda mənzildə baş verən partlayışda bir nəfər xəsarət alıb.

1news.az Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadən xəbər verir ki, qurumun Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri Nizami rayonu, Əli Vəliyev küçəsində hadisə yerində əməliyyat şəraitini qiymətləndirən zaman beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən birotaqlı mənzildə yanğınla müşayiət olunmayan partlayışın baş verdiyini və vətəndaşın müxtəlif dərəcəli bədən xəsarətləri alaraq köməksiz vəziyyətdə qaldığını müəyyən ediblər.

FHN-in qüvvələri tərəfindən həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində vətəndaş, 1987-ci il təvəllüdlü Teymur Musa oğlu Muqamov xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Təhlükəsizlik tədbirləri çərçivəsində qonşu mənzillərin sakinləri təxliyə ediliblər.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Paylaş:
117

Son xəbərlər

Bütün xəbərlər