“Zeta Group” – “LEGO”-nun Azərbaycanda rəsmi nümayəndəsi olaraq “BWT Alpine F1® LEGO” avtomobilini Bakıya gətirdi | 1news.az | Xəbərlər
Cəmiyyət

“Zeta Group” – “LEGO”-nun Azərbaycanda rəsmi nümayəndəsi olaraq “BWT Alpine F1® LEGO” avtomobilini Bakıya gətirdi

10:23 - Bu gün
“Zeta Group” – “LEGO”-nun Azərbaycanda rəsmi nümayəndəsi olaraq “BWT Alpine F1® LEGO” avtomobilini Bakıya gətirdi

Avqustun 26-da Crescent Mall və onun qonaqları unudulmaz anlara şahidlik etdi.

F1® azarkeşləri və LEGO sevərlərin səbirsizliklə gözlədiyi gün gəldi – Zeta Group-a daxil olan The Entertainer və LEGO əməkdaşlığı çərçivəsində möhtəşəm BWT Alpine F1® Team A524 LEGO Big Build avtomobili ölkəmizdə ilk dəfə təqdim olundu.

Dünyada böyük maraq doğuran bu möhtəşəm LEGO avtomobili daha əvvəl Formula 1® Mayami Qran Prisi 2025-də parad zamanı nümayiş etdirilmiş, hətta Formula 1® pilotlarının və LEGO Group komandasının imzalarını da qazanmışdır.

Tam ölçülü Formula 1® avtomobilinin LEGO versiyası heyrətamiz göstəricilərə malikdir:

· 400,000 LEGO kərpici istifadə olunub

· 1500 kq çəkisi var

· Maksimal sürəti 20 km/saat təşkil edir

· Onun hazırlanması üçün LEGO Group-un Çexiyadakı Kladno fabrikində 26 peşəkar dizayner, mühəndis və LEGO ustası tərəfindən tam 22,000 saatlıq iş görülüb

Təqdimat mərasimi Crescent Mall ziyarətçiləri üçün əsl bayrama çevrildi. Qonaqlar yarışmalarda iştirak etdi, müxtəlif LEGO hədiyyələri qazandı, tədbirin ən böyük mükafatı isə The Entertainer-dən 300 AZN-lik hədiyyə kartı oldu.

Zeta Group-un təşkil etdiyi bu təqdimat sadəcə bir avtomobil sərgisi deyil, yaradıcılığın, texnologiyanın və LEGO kərpiclərinin sərhədsiz gücünün nümayişidir. Möhtəşəm BWT Alpine F1® Team A524 LEGO Big Build avtomobilini 26 sentyabradək Crescent Mall-da canlı izləmək mümkündür.

Qeyd edək ki, Zeta Group 2012-ci idən fəaliyyət göstərir və tərkibinə The Entertainer, Ted Baker, Pinko, Ipekyol, Carpisa, Life Fitness, 1st Fitness kimi markalar daxildir. Qeyd olunan brendlər Bakı şəhərin bütün iri ticarət mərkəzlərində təmsil olunurlar. Zeta Group-a daxil olan The Entertainer isə Azərbaycanın ən böyük LEGO satıcısı olmaqla yanaşı, həm də 5000-dən çox çeşidi ilə uşaqlar üçün tam təhlükəsiz, lisenziyalı oyunlar və dünyaca məşhur brendlərin məhsullarını təqdim edir.

Reklam hüququnda

Paylaş:
97

Son xəbərlər

Bütün xəbərlər